Ten Haq uğurlu seriyanın başlamasına ümid edir

Ten Haq uğurlu seriyanın başlamasına ümid edir
04.11.2023 15:17
Aa
dəq

Erik ten Haq ardıcıl qələbələr haqqında düşünür. “Mançester Yunayted”in baş məşqçisi uğursuzluq zolağından çıxmaq üçün başqa yol görmür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, niderlandlı mütəxəssis bu barədə keçirdiyi mətbuat konfransında danışıb: “Başqa ssenarini düşünmək belə istəmirəm. Çox yaxşı hazırlaşmalıyıq. Əla heyətimiz var, onların hamısına güvənirəm. Ötən mövsüm bu futbolçuların bacarıqlarını gördük, indi daha yaxşısını reallaşdıra bilərlər”.

Ten Haq yeni transfer dönəmi barədə düşünmədiyini deyib: “Çünki heyətimiz yetərlidir. Sadəcə, öz oyunumuzu göstərməliyik. Ardıcıl uğursuzluqlardan dərs çıxarmalıyıq. Bir qələbədən sonra davamı gələcək”.

Məşqçi Mançester derbisndəki məğlubiyyətdən sonra Markus Reşfordun əylənmək üçün ziyafətə getməsindən də danışıb: “Bu mövzunu müzakirə etdik. Qəbuledilməz vəziyyət idi. Markus üzr istədi və bu məsələni klubdaxili işimiz kimi qapatdıq. Yanışını düzəltmək üçün motivasiyalıdır”.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu