Martın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
“Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.
Paytaxtda mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz isə 10-15° isti təşkil edəcək.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Bölgələrdə temperatur gecə 2-7° isti, gündüz 12-17° isti olacaq. Dağlarda isə gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti müşahidə ediləcək.