Əsas məzmuna keç

Sabah temperatur 24 dərəcəyədək yüksələcək

Sabah temperatur 24 dərəcəyədək yüksələcək

Milli Hidrometeorologiya Xidməti fevralın 18-i üçün proqnozu açıqladı: Bakı və bölgələrdə kəskin istiləşmə gözlənilir. Bəs dumanlı hava nə vaxta qədər davam edəcək?

en ru

Azərbaycanda fevralın 18-də havanın temperaturunun kəskin yüksələrək 24 dərəcəyədək artacağı gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən rəsmi məlumat verilib.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq və şimal-qərb küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 5-8 dərəcə, gündüz isə 10-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunudan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək.

Bölgələrdə havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 19-24 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 3-8 dərəcə, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Hava proqnozu

21° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 24° 21°
  2. Sabah Tutqun 26° 21°
  3. Birigün Buludlu 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…