Əsas məzmuna keç

Həftənin ilk günü hava necə olacaq? - 20 dərəcə isti

Həftənin ilk günü hava necə olacaq? - 20 dərəcə isti

Bakı və Abşeronda bazar ertəsi cənub-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidməti rayonlarda duman, paytaxtda isə yaz havası vəd edir. Bəs yağış yağacaq?

en ru

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək, havanın temperaturu gecə 4-7° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunudan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında , əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacağı gölzənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…