Fevralın 15-də “Telegram” messenceri 235 282 qrup və kanalı silib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “RIA Novosti” platformanın statistikasına istinadən məlumat yayıb.
Bildirilib ki, bu göstərici yanvarın 23-dən bəri ən yüksək rəqəmdir. Həmin tarixdə 300 840 icma bloklanmışdı.
Məlumata görə, fevral ayının əvvəlindən etibarən Teleqram ümumilikdə 1 856 069 qrup və kanalı bloklayıb. İlin əvvəlindən bəri silinən icmaların sayı isə 7 256 305-ə çatıb. Onlardan 27 282-nin terrorizmlə əlaqəli olduğu müəyyən edilib.
Şirkət qeyd edib ki, 2015-ci ildən tətbiq olunan moderasiya sistemi istifadəçi şikayətləri və maşın öyrənməsinə əsaslanan proaktiv monitorinq mexanizmləri üzərində qurulub. 2024-cü ilin əvvəlindən etibarən bu mexanizmlər süni intellekt əsaslı alətlərlə daha da təkmilləşdirilib.