Rusiyada “Telegram” messencerinin işində ciddi ləngimələr müşahidə olunur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, istifadəçilər internet bağlantısı stabil olsa belə, şəkil, video və digər faylların yüklənməsində çətinliklərlə üzləşirlər.
iPhone 17e seriyanın ən ucuz modeli olacaq: Yeni detallar məlum oldu
2025-ci ilin avqust ayından etibarən "Roskomnadzor" tərəfindən tətbiq edilən qərara əsasən, messencerdə zəng funksiyası rəsmən bloklanıb. 2026-cı ilin yanvarından isə media faylların yüklənmə sürətində kütləvi azalmalar qeydə alınır.
Rəsmi qurumlar “Telegram”ın Rusiya qanunvericiliyinə əməl etməməsini əsas gətirərək ardıcıl məhdudiyyətlər tətbiq edirlər.
Hazırda Rusiyada yerli "MAX" messencerinin təşviqi fonunda “Telegram”ın tamamilə bloklanıb-bloklanmayacağı müzakirə mövzusudur. Bəzi rəsmilər vəziyyətin düzələcəyinə ümid etsə də, digərləri daha sərt tədbirlərin görüləcəyini proqnozlaşdırırlar. İstifadəçilər isə Pavel Durova müraciət edərək Rusiyada rəsmi nümayəndəlik açmağa və xidmətin keyfiyyətini bərpa etməyə çağırırlar.