Təhsilverənlərin təkrar sertifikatlaşdırılması üzrə test imtahanları keçirilib

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması üzrə test imtahanları keçirilib
08.06.2024 18:51
Aa
dəq

İyunun 8-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Test imtahanları 16 şəhər üzrə 29 imtahan mərkəzini əhatə edib. İmtahanda 95% davamiyyət qeydə alınıb.

Test imtahanının nəticələri günün sonunadək müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək. Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə nəticələrlə tanış ola biləcəklər.

Müəllimlər imtahanda təqdim edilən suallarla bağlı müraciətlərini 10 iyun saat 10:00-dan portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər. Müraciətlər 72 saat (3 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.

Təkrar imtahanda keçid balını toplamayan təhsilverənlərlə iş üzrə komissiyalar 10 iyun tarixindən fəaliyyətə başlayacaq. Yerli təhsili idarəetmə orqanlarında yaradılmış bu komissiyalar tərəfindən təhsilverənlərin alternativ iş imkanlarına baxılacaq.

Həftənin ən çox oxunanları

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu