Əsas məzmuna keç

Tehranın ABŞ üçün Hörmüz şərti

Tehranın ABŞ üçün Hörmüz şərti

Səid Xətibzadə Hörmüz boğazından tankerlərin keçid qaydasını açıqladı. İran rəsmisinin ABŞ gəmiləri üçün müəyyən etdiyi təhlükəsizlik tələbləri ilə tanış olun.

en ru

boğazı gəmiləri üçün açıq elan edilsə də, tranzit keçid yalnız İranın xüsusi razılığı və düşmən hərəkətlərinin olmaması şərtilə mümkündür.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran nazirinin müavini Xətibzadə Britaniyanın ITV telekanalına açıqlamasında məlumat verib. Diplomat vurğulayıb ki, boğaz açıqdır, lakin hər bir tanker və gəmi təhlükəsiz keçid üçün İran hakimiyyəti ilə zəruri tədbirləri əvvəlcədən razılaşdırmalıdır.

Səid Xətibzadə ABŞ gəmilərinin sərbəst keçid hüququ ilə bağlı suala müsbət cavab verərək qeyd edib: “Heç bir fərq yoxdur, yalnız hər hansı düşmən davranış istisna olmaqla. Biz hesab edirik ki, hazırda belə əlamətlər yoxdur, buna görə də hər kəs adi qaydada keçə bilər”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…