Operativ Məlumat Mərkəzi

Tehran İslamabaddan Pakistanın sərhəd bölgəsinə hücumlarını izah etməyi tələb edir

1 dəq
Paylaş:
Tehran İslamabaddan Pakistanın sərhəd bölgəsinə hücumlarını izah etməyi tələb edir
bu barədə İran təhlükəsizlik qüvvələrinin sözçüsü Press TV kanalına bildirib. Daha əvvəl Pakistan Xarici İşlər Nazirliyi bildirmişdi ki, Pakistan ordusu...

Tehran İslamabaddan Pakistan Hərbi Hava Qüvvələrinin İranın sərhəd bölgəsindəki hədəflərə həyata keçirdiyi raket hücumlarını izah etməyi tələb edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran təhlükəsizlik qüvvələrinin sözçüsü Press TV kanalına bildirib.

Daha əvvəl Pakistan Xarici İşlər Nazirliyi bildirmişdi ki, Pakistan ordusu İranın Sistan və Bəlucistan əyalətində “terrorçuların sığınacaqları” adlandırdığı yerlərə cavab hücumları həyata keçirib. Regional rəsmilərin məlumatına görə, Pakistanın hücumu nəticəsində üç qadın və dörd uşaq həlak olub. Ölənlər İran vətəndaşları deyil.

Bu xəbəri paylaş

Oxşar xəbərlər