İran prezidenti İbrahim Rəisinin siyasi məsələlər üzrə rəhbərinin müavini Məhəmməd Cəmşidi İsrailin İslam Respublikasının Dəməşqdəki səfirliyinin konsulluq bölməsini bombalamasından sonra gərginliyin artması fonunda ABŞ-ın Tehranı Amerika hədəflərinə hücum etməməyə çağırdığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, İran tərəfi Vaşinqtonu yazılı mesajında İsrailin baş naziri Benyamin Netanyahunun "tələsinə düşməməsi" ilə bağlı xəbərdar edib, ABŞ-a isə "zərər almamaq üçün uzaq durmaq" barədə xəbərdarlıq edib.