Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi heyəti Türkiyədəki prezident və parlament seçkilərinin gedişini izləyib və rəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rəydə səsvermə günü xalqın azad iradəsindən istifadə etməsi üçün bütün zəruri şərait yaradıldığı qeyd olunub.
Bildirilib ki, seçkilərin tərəfsiz müşahidəsi üçün beynəlxalq şərtlər tətbiq olunub.