Operativ Məlumat Mərkəzi

Özbəkistan Prezidenti Ərdoğanı seçkilərin nəticələri münasibətilə təbrik edib

1 dəq
Paylaş:
Özbəkistan Prezidenti Ərdoğanı seçkilərin nəticələri münasibətilə təbrik edib
bu gün iki ölkə liderləri arasında telefon danışığı baş tutub. Özbəkistan Prezidenti qeyd edib ki, seçkilərin nəticələri Türkiyə liderinin islahatlarına...

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilmiş seçkilərin nəticələri münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Özbəkistan Prezident Aparatının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün iki ölkə liderləri arasında telefon danışığı baş tutub.

Özbəkistan Prezidenti qeyd edib ki, seçkilərin nəticələri Türkiyə liderinin islahatlarına xalq dəstəyindən xəbər verir.

“Prezident Mirziyoyev Türkiyə liderini prezident və parlament seçkilərinin uğurla keçməsi, nəticədə Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərlik etdiyi “Cümhuriyyət Alyansı”nın və ölkənin hazırkı prezidentinin seçicilərin səslərinin əksəriyyətini qazanması münasibətilə ürəkdən təbrik edib”, - deyə məlumatda bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər