Türkiyə Böyük Millət Məclisi (TBMM) Türkiyə donanmasının Ədən körfəzində qalma müddətini bir il uzadıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müzakirələrin sonunda təklif qəbul edilib.
Belə ki, Türkiyə donanmasının Ədən körfəzi, Somali ərazi suları və Ərəbistan dənizində xidmət müddətinin 1 il uzadılması ilə bağlı qanun layihəsi TBMM-in Baş Məclisində qəbul edilib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı əsasında Türkiyənin hərbi gəmiləri Ədən körfəzi, Somali suları və Ərəb dənizi ərazisində təhlükəsizlik missiyası həyata keçirir.