Operativ Məlumat Mərkəzi

Tanzaniyada qızıl mədəni çöküb, 20-dən çox mədənçi ölüb

1 dəq
Paylaş:
Tanzaniyada qızıl mədəni çöküb, 20-dən çox mədənçi ölüb
Tanzaniyanın şimalında qızıl mədəninin çökməsi nəticəsində azı 21 mədənçi həlak olub. "Operativ Məlumat Mərkəzi-OMM"-in “Sinxua”ya istinadən verdiyi...

Tanzaniyanın şimalında qızıl mədəninin çökməsi nəticəsində azı 21 mədənçi həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli hökumətin nümayəndəsi Yahaya Navanda bildirib.

Onun sözlərinə görə, şaxta güclü yağış nəticəsində dağılıb: “Ölənlərlə yanaşı itkin düşənlər də var. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir”.

Qəza zamanı mədəndə olan şaxtaçıların dəqiq sayı məlum deyil.

Bu xəbəri paylaş

Oxşar xəbərlər