Əsas məzmuna keç

Tanınmış məşqçi xərçəng xəstəliyinə tutulub

Tanınmış məşqçi xərçəng xəstəliyinə tutulub

bunu 75 yaşlı isveçli mütəxəssis açıqlayıb. O bildirib ki, qaçış zamanı huşunu itirdikdən sonra aparıldığı xəstəxanada bu barədə məlumatlandırılıb....

İngiltərə millisinin sabiq Sven-Yoran Eriksson xəstəliyinə tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu 75 yaşlı isveçli mütəxəssis açıqlayıb.

O bildirib ki, qaçış zamanı huşunu itirdikdən sonra aparıldığı xəstəxanada bu barədə məlumatlandırılıb. Eriksson bunun sağalmaz xəstəlik olduğunu bildirib: “Bilirəm ki, ən yaxşı halda bir il, ən pis halda isə daha az vaxtım qalıb. Ancaq bacardıqca bununla mübarizə aparmalıyam”.

Qeyd edək ki, 1977-2019-cu illərdə məşqçiliklə məşğul olan Sven-Yoran Eriksson 2001-2006-cı illərdə İngiltərə yığmasını çalışdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…