Əsas məzmuna keç

Tanınmış futboçu milli karyerasını başa vurdu

Tanınmış futboçu milli karyerasını başa vurdu

bu barədə oyunçu "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib. "Yeddi turnir, bir çox qol, İsveçrənin böyüklər komandasında 14 il və unudulmaz...

Cerdan Şakiri İsveçrə milli komandasındakı karyerasını bitirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə oyunçu "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Yeddi turnir, bir çox qol, İsveçrənin böyüklər komandasında 14 il və anlar. Komanda ilə vidalaşmağın vaxtı gəldi. Gözəl xatirələr qalır və bunun üçün hamınıza təşəkkür edirəm", - deyə Şakiri qeyd edib.

Şakiri İsveçrə millisində 125 oyun keçirib, 32 qol vurub və 34 asist edib.

Şakiri keçirilən oyunların sayına görə milli komandanın tarixində ikinci, qol sayına görə isə dördüncü yeri tutur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…