Əməkdar artist Çingiz Əhmədov “Space” TV-dən ayrılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, aktyor bu barədə “Səhər mərkəzi” verilişində deyib. O bildirib ki, proqramı Günel Həsənzadə aparır:
“Beş ay fəaliyyət göstərdim və Günelə təhvil verdim. Abıra saldım, reytinqə mindirdim, sonra da verdim… Sentyabrdan tok-şouda olacağam”.