Operativ Məlumat Mərkəzi

Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi birlik yaratmağı planlaşdırır

1 dəq
Paylaş:
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi birlik yaratmağı planlaşdırır

“Taliban” hərəkatının lideri Heybətullah Axundzadə Əfqanıstanda “İslam Dövləti” (İŞİD) və digər qruplaşmalarla mübarizə aparmaq üçün xüsusi dəstənin yaradılması barədə göstəriş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əfqanıstan "İnternational" məlumat yayıb.

Nəşrin məlumatına görə, xüsusi bölmə yaradılaraq “Taliban”dan müasir silahlar veriləcək. Silahlılar Talibanın əldə etdiyi kəşfiyyat məlumatları əsasında İŞİD-ə qarşı əməliyyatlar keçirəcək.

Əfqanıstanın Daxili İşlər Nazirliyi əyalət hakimiyyətlərindən işsiz Talibanların siyahılarını hazırlamağı xahiş edib. Nəşr qeyd edib ki, bu təşəbbüs Taliban liderlərinin ölkənin işsiz sakinlərinin İŞİD və digər terror qruplaşmalarına cəlb edilməsi ilə bağlı narahatlıqları izah edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər