İsveçrədə hərraca çıxarılan Tyrannosaurus Rex (T-Rex) dinozavr skeleti 6,2 milyon dollara satılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Koller Hərrac Evinin sözçüsü, adı açıqlanmayan bir avropalı şəxsi kolleksiyaçı tərəfindən alınan skeletin Avropada qalacağını bildirib.
293 ayrı sümükdən ibarət olan "293 Trinity" adlı skelet 2008-2013-cü illər arasında ABŞ-nin Montana və Vayominq bölgələrində qazıntı sahələrində tapılan üç fərqli T-Rex dinozavrının qalıqlarının birləşdirilərək yaradılıb.
Hərraca çıxarılan dinozavr skeletlərinin bir çoxu qismən qəliblənmiş olsa da, T-Rex-in yarıdan çoxu həqiqi sümüklərdir.