Əsas məzmuna keç

Şuşada Novruz tonqalı qalanıb

Şuşada Novruz tonqalı qalanıb

Azərbaycanın iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda aksiyasının keçirildiyi ərazinin yanında Novruz tonqalı qalanıb.

Hazırda Şuşada olan əməkdaşı xəbər verir ki, bununla yanaşı, ərazidə bayram simvolu sayılan səməninin təsviri quraşdırılıb.

Eyni zamanda, aksiya iştirakçıları üçün Novruz süfrəsinin təamlarından olan şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar hazırlanıb.

Bununla yanaşı, ərazidə musiqi səhnəsi quraşdırılıb və müxtəlif mahnılar səsləndirilir.

Hazırda aksiya bayram əhvali-ruhiyyəsi ilə davam edir.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur və yol humanitar məqsədlər üçün açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, ərazisində sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 28 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 29 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 81 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…