Operativ Məlumat Mərkəzi

Suriyanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb

1 dəq
Paylaş:
Suriyanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb
bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, diplomatik missiyanın fəaliyyətini dayandırmasına səbəb Suriyadakı hadisələr göstərilir. Məlumata...

İranın paytaxtı Tehranda Suriyanın səfirliyi fəaliyyətini dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, diplomatik missiyanın fəaliyyətini dayandırmasına səbəb Suriyadakı hadisələr göstərilir.

Məlumata görə, səfirliyin binası qarşısında lövhə hələ də asılı qalır. Ancaq binanın üzərində heç bir bayraq asılmayıb. Səfirliyin ərazisi asayiş keşikçiləri tərəfndən qorunur.

Qeyd edək ki, Suriyanın Rusiyadakı səfirliyi əvvəlki rejimdə fəaliyyətini davam etdirir. Binanın üzərindən isə Bəşşar Əsəd hakimiyyətindən qalma bayrağı yenisi - qara, ağ və yaşıl rəngli bayraq əvəz edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər