Operativ Məlumat Mərkəzi

Suriyadakı ABŞ aerodromu atəşə tutulub

1 dəq
Paylaş:
Suriyadakı ABŞ aerodromu atəşə tutulub

İranyönlü “İslam Müqaviməti Hərəkatı” Suriyada Amerika qüvvələrinin istifadə etdiyi Harrab əl-Cəyrdəki hərbi aerodromu raket atəşinə tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, zərbə İraq ərazisindən Mosul şəhərinin şimal-qərbindəki Həməd Ağa bölgəsindən (Bağdaddan 400 km) endirilib.

Qeyd olunub ki, aerodromda bir neçə güclü partlayış səsi eşidilib və qalın tüstü səmaya qalxıb.

Əvvəllər bu hərbi obyektə kamikadze PUA-lar tərəfindən hücum edilib.

Artıq ABŞ Hərbi Hava Qüvvələri Suriya aerodromuna atəş açmaq üçün istifadə edilən reaktiv yaylım atəşi sistemini məhv edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər