Əsas məzmuna keç

Suraxanıda 13 darvaza oğurlayan dəstə üzvləri saxlanıldı

Suraxanıda 13 darvaza oğurlayan dəstə üzvləri saxlanıldı

DİN əməkdaşları İ.Məmmədov, A.İmanov, N.Albabayev və H.Babayevi yaxaladı. Anbarlardan su çənləri talayan dəstənin metal qəbulu məntəqələri ilə gizli əlaqəsi üzə çıxdı.

en ru

Suraxanı rayonu ərazisində yerləşən anbarların birindən 13 ədəd dəmir darvaza və su çənlərinin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ., A.İmanov, N.Albabayev və H.Babayev müəyyən edilərək saxlanılıblar.

Onların oğurladıqları əşyaların bir hissəsini əlvan qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.

Araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…