Süni intellekt tezliklə yuxularımızı qeyd edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV -ə istinadən xəbər verir ki, mütəxəssislər oyandığımız zaman yuxunun 50 faizini unutduğumuzu bildirir. 10 dəqiqə sonra isə bu 90 faizə qədər artır. Lakin süni intellekt sayəsində tezliklə dəyişə bilər.
Süni intellekt artıq beyin skanlarını oxuya və insanın gördükərinə çox yaxın görüntülər hazırlaya bilər.
Bir çox laboratoriya əvvəllər beyin skanlarından yenidən görüntü əldə etmək üçün süni intellektdən istifadə etmişdir. Lakin bu üsul hazırda alman qrupu tərəfindən təkminləşdirilir.
Qeyd edək ki, bu texnologiya fərqli hevan növlərinin ətraf mühiti necə gördüklərini öyrənmək və iflic insanlarla ünsiyyət qurmağa kömək etmək kimi bacarıqlara malikdir.