Əsas məzmuna keç

Süni intellekt sahəsinə yeni vergi və gömrük güzəştləri gəlir

Süni intellekt sahəsinə yeni vergi və gömrük güzəştləri gəlir

İlham Əliyevin təsdiqlədiyi yeni planla Sİ sahəsinə vergi, gömrük və sığorta güzəştləri gəlir. "Bir pəncərə" sistemi və dövlət dəstəyinin detalları ilə tanış olun.

en ru

Azərbaycanda bu ilin sonuna kimi "İnvestisiya Təşviqi Sənədi" aləti (Sİ) fəaliyyətinə şamil ediləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, Sİ texnologiyalarının tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirlərinə dair normativ hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulur. Buraya süni intellekt, innovasiya və yüksək texnologiya sahələri üzrə , və sosial sığorta güzəştləri daxildir.

Həmçinin, süni intellekt şirkətlərinin güzəştlərdən faydalanması üçün Elektron Müraciət Sisteminin (bir pəncərə) istifadəyə verilməsi planlaşdırılır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…