Operativ Məlumat Mərkəzi

Sudandakı qarşıdurmalarda 411 mülki vətəndaş həyatını itirib

1 dəq
Paylaş:
Sudandakı qarşıdurmalarda 411 mülki vətəndaş həyatını itirib

Sudan Həkimlər Birliyi aprelin 15-dən bəri ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurmalarda 411 mülki vətəndaşın öldüyünü bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KiV-ə istinadən xəbər verir ki, bəyanatda ordu ilə HDK arasında atəşkəsə baxmayaraq, müxtəlif bölgələrdə qarşıdurmaların davam etdiyi, indiyədək 2023 mülki vətəndaşın yaralandığı, 411 mülki vətəndaşın isə həyatını itirdiyi bildirilib.

Sudanda tərəflər ABŞ-nin aprelin 28-dən etibarən 72 saatlıq yeni atəşkəs çağırışına əməl edəcəklərini açıqlayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər