ABŞ-nin Ankanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Respublikaçılar Partiyasının nümayəndəsi bunu Bentonvil şəhərindəki çıxışı zamanı bildirib.
Həmçinin, keçmiş qubernator Bayden administrasiyasını iqtisadiyyat, cinayət və sərhəd təhlükəsizliyi kimi məsələlərdə tənqid edib.