Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya məhkəməsindən "Telegram" və "Google"a milyonluq cərimə

1 dəq
Paylaş:
Rusiya məhkəməsindən "Telegram" və "Google"a milyonluq cərimə

Rusiyanın paytaxtı Moskvada Taqanski Rayon Məhkəməsi və “Google” şirkətlərinə qarşı açılan işlər üzrə qərar qəbul edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, hər iki platforma ölkə qanunvericiliyini pozaraq məzmunları silməməkdə təqsirləndirilib.

Məhkəmənin qərarına əsasən, teleqram 18,4 milyon rubl, “Google” isə 7,6 milyon rubl məbləğində cərimələnib.

Qeyd edək ki, Rusiyada xarici platformalarının cərimələnməsi ilk dəfə baş vermir.

Ölkə hakimiyyəti daha əvvəl “YouTube”, “Instagram”, “X” (keçmiş “Twitter”) və “TikTok” kimi platformalara da qadağan olunmuş məzmunların silinməməsi və yerli qanunvericiliyin tələblərinə əməl edilməməsi ilə bağlı cərimələr tətbiq edib.

Xatırladaq ki, ərazisində teleqram platformasına girişlə bağlı müxtəlif məhdudiyyətlər də tətbiq olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax