Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ məhkəməsi "Voice of America"nın 1000-dən çox əməkdaşının işinə bərpa olunması barədə qərar verib

2 dəq
Paylaş:
ABŞ məhkəməsi "Voice of America"nın 1000-dən çox əməkdaşının işinə bərpa olunması barədə qərar verib

ABŞ-nin Kolumbiya dairə məhkəməsinin hakimi Roys Lamberth "" (Amerikanın Səsi) radiosunun fəaliyyətinin ixtisar edilməsi ilə bağlı qərarı qanunsuz elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hökmünə əsasən, təxminən bir ildir ödənişli məzuniyyətdə olan 1000-dən çox əməkdaş dərhal öz vəzifələrinə bərpa olunmalıdır.

Hakim Lamberth "Voice of America"nın ana qurumu olan "U.S. Agency for Global Media" (USAGM) rəhbərliyinə martın 23-dək tam fəaliyyətini bərpa etmək barədə göstəriş verib.

Qərarda qeyd olunur ki, "Radio Free Asia" kimi media qurumlarını da idarə edən agentliyin demək olar ki, tamamilə bağlanması inzibati qanunvericiliyin kobud şəkildə pozulmasıdır.

Xatırladaq ki, administrasiyasının "DOGE" təşəbbüsü çərçivəsində 2025-ci ilin mart ayından etibarən agentlikdə kütləvi ixtisarlar həyata keçirilməyə başlanmışdı.

Bu proses nəticəsində heyətin təxminən 85%-i qeyri-müəyyən müddətə məzuniyyətə göndərilmişdi.

Bir çox xarici dildə yayımlar, o cümlədən fars dili dayandırılmışdı. Agentliyin ştat sayı cəmi 68 nəfərə qədər endirilmişdi.

Məhkəmə qərarında agentliyin fəaliyyətinin dayandırılmasına rəhbərlik edən Kari Leykin hərəkətləri kəskin tənqid olunub və onun "pis niyyətlə" hərəkət etdiyi vurğulanıb. İddiaçı tərəf olan bu qərarı "tarixi qələbə" adlandıraraq, qurumun qlobal nüfuzunu və auditoriya etibarını yenidən bərpa etməyə hazır olduqlarını bildiriblər.

Hazırda nə "USAGM", nə də ABŞ Ədliyyə Nazirliyi məhkəmənin bu qərarı ilə bağlı rəsmi şərh verməyib.

OMM Redaksiyası

Redaksiya heyəti

OperativMMM.az xəbər portalının redaksiya heyəti. Azərbaycanda və dünyada baş verən hadisələri operativ şəkildə işıqlandırırıq. Doğru, qərəzsiz və etibarlı xəbə...

Bütün yazılar

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax