Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Twitch" yayımçılarından Amazon-a qarşı məhkəmə iddiası

2 dəq
Paylaş:
"Twitch" yayımçılarından Amazon-a qarşı məhkəmə iddiası

Konnektikut ştatının sakini və “Twitch” platformasının yayımçısı Uorren Pandiscia “” şirkətinə qarşı kütləvi iddiası qaldırıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, iddia ərizəsində “Amazon”a məxsus “Twitch” platformasının istifadəçi müqaviləsinin şərtlərini pozduğu iddia edilir.

Davacılar şirkətin yayımçıların yaratdığı kontentdən onların xüsusi razılığı olmadan və maddi kompensasiya ödəmədən modellərinin təlimində istifadə etdiyini bildirirlər.

Məhkəmədən bu fəaliyyətin dayandırılması və kontentləri süni intellekt sistemlərinin təlimində istifadə olunan yayımçılara müvafiq təzminat ödənilməsi tələb olunur. “Amazon” və “Twitch” rəhbərliyi isə hələlik iddialarla bağlı verməyib.

Məlumata görə, “Twitch” avqust ayında istifadəçi kontentlərinin “Amazon”un süni intellekt layihələrində istifadə oluna biləcəyini açıqlayıb və yayımçılara bu prosesdən imtina etmək imkanı yaradıb.

Lakin qərar platformadakı yaradıcılarının ciddi narazılığına səbəb olub.

Şirkətin “Tez-tez verilən suallar” bölməsində bildirilir ki, istifadəçilərin səs yazıları nitqin mətnə çevrilməsi modellərinin təkmilləşdirilməsi üçün istifadə edilə bilər. “Twitch” bunu yayımlar və “Amazon” videolarında avtomatik subtitrlərin keyfiyyətinin artırılması ilə əsaslandırır.

Qeyd edək ki, cari ilin ilk aylarında “Twitch” platformasında yayımçılar tərəfindən 215 milyondan çox saatlıq kontent yaradılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə