NATO Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenskinin Alyansın Vilnüsdə keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Litva Prezidenti Gitanas Nauseda ilə birgə keçirdiyi mətbaut konfransında deyib.
Y.Stoltenberq söyləyib ki, V.Zelenski Ukrayna-NATO Şurasının açılışında iştirak edəcək: “Biz siyasi əlaqələrimizi daha da gücləndirəcəyik”.
Stoltenberqin sözlərinə görə, sabah müttəfiqlər Ukraynanın NATO-ya üzvlük yolunu da müzakirə edəcəklər.
Qeyd edək ki, iclas iyulun 11-12 -də keçiriləcək.