Operativ Məlumat Mərkəzi

Stoltenberq: "Zalujnının istefasından asılı olmayaraq, Kiyevi dəstəkləməyə davam edəcəyik"

1 dəq
Paylaş:
Stoltenberq: "Zalujnının istefasından asılı olmayaraq, Kiyevi dəstəkləməyə davam edəcəyik"
bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Alyans V.Zalujnının istefası xəbərini şərh...

Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnının istefasından asılı olmayaraq, Kiyevi dəstəkləməyə davam edəcəyik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Alyans V.Zalujnının istefası xəbərini şərh edə bilməz: “Buna Ukrayna qərar verməlidir. Biz isə Ukraynanı dəstəkləməyə davam edirik”.

Xatırladaq ki, daha öncə Ukraynanın bir sıra teleqram kanalları, habelə ölkənin keçmiş deputatı Zalujnının guya vəzifəsindən azad olunduğunu açıqlayıb. Rəsmi Kiyev isə bunu təkzib edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər