Operativ Məlumat Mərkəzi

Uitkoffla Kuşner Moskvaya səfər edəcəklər?

2 dəq
Paylaş:
Uitkoffla Kuşner Moskvaya səfər edəcəklər?
bununla bağlı "Bloomberg" məlumat yayıb.Bildirilib ki, Uitkoff və Kuşner yaxın gələcəkdə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya getməyi...

ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner bu ay danışıqlar aparmaq üçün Moskvaya səfər etməyi planlaşdırırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, Uitkoff və Kuşner yaxın gələcəkdə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya getməyi planlaşdırırlar.

ABŞ prezidenti Donald Trampın elçiləri Ukrayna üzrə sülh sazişinin irəlilədilməsi üzərində çalışırlar.

Mənbələrin vurğuladığına görə, görüş bu ay baş tuta bilər, lakin planlar hələlik tam təsdiqlənməyib və İrandakı iğtişaşlar səbəbilə tarixlər dəyişdirilə bilər.

Ağ Evin nümayəndəsinin sözlərinə görə isə hazırda belə bir görüş planlaşdırılmayıb.

Xatırladaq ki, Dekabrın 2-dən 3-nə keçən gecə Kremldə Putin, Uitkoff və Kuşner arasında görüş keçirilib. Ukraynadakı münaqişənin nizamlanmasına dair danışıqlar təxminən beş saat davam edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər