Çin və digər ölkələr Yaxın Şərqdə vasitəçi rolunu oynaya bilər.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
Əraqçi qeyd edib ki, Çin də daxil olmaqla bir neçə ölkə regiondakı münaqişədə vasitəçi kimi çıxış edə bilər. Onun sözlərinə görə, Çin İran və Səudiyyə Ərəbistanı arasında uğurla və müsbət vasitəçilik edib və hər iki tərəf həmin razılaşmalara əməl edəcək.
Nazir əlavə edib ki, İran Tehranın tələblərinə cavab verən istənilən təklifi dinləməyə hazırdır: “Tələblərimizə cavab verən və şərtlərimizə uyğun olan hər hansı təklifi dinləyəcəyik”.