Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin BMT-yə 4 milyard dollar borcu var: Ödəniş gözlənilir

2 dəq
Paylaş:
ABŞ-nin BMT-yə 4 milyard dollar borcu var: Ödəniş gözlənilir

Təşkilatı (BMT) ABŞ-nin quruma olan təxminən 4 milyard borcunun nə vaxt ödəyəcəyini gözlədiklərini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

BMT Baş katibinin sözçüsü Stefan verdiyi açıqlamada bildirib ki, Baş katib Antonio Quterreş ilə ABŞ-nin BMT-dəki Daimi Nümayəndəsi Mayk Uolts arasında ABŞ-nin BMT-yə olan borclarının ödənilməsi ilə bağlı uzun müddətdir danışıqlar aparılır.

Düjarrik qeyd edib ki, BMT-nin maliyyə məsələlərinə cavabdeh bölməsi də ABŞ-li rəsmilərlə görüşlər keçirir və əlavə edib: “Ödənişlərin nə vaxt və hansı məbləğdə ediləcəyini gözləyirik”.

ABŞ-nin BMT-dəki Daimi Nümayəndəliyi isə Donald Tramp administrasiyasının yaxın həftələrdə borcların bir hissəsi üçün əvvəlcədən etməyi planlaşdırdığını, lakin yekun məbləğin hələ dəqiqləşmədiyini bildirib.

BMT rəsmilərinin məlumatına görə, ABŞ-nin BMT-nin müntəzəm büdcəsinə təxminən 2,2 milyard dollar, sülhməramlı əməliyyatlar büdcəsinə isə təxminən 1,8 milyard dollar borcu var.

Quterreş ötən həftə üzv ölkələrə göndərdiyi məktubda kifayət qədər ödəniş edilmədiyi təqdirdə BMT-nin müntəzəm büdcəsindəki vəsaitin iyul ayına qədər tükənə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax