Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ xarici jurnalistlər üçün viza qaydalarını sərtləşdirdi

2 dəq
Paylaş:
ABŞ xarici jurnalistlər üçün viza qaydalarını sərtləşdirdi

ABŞ xarici jurnalistlərin ölkədə qalma ilə bağlı yeni viza qaydaları tətbiq etməyə hazırlaşır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ Daxili Nazirliyinin yeni tənzimləməsinə əsasən, əvvəlki “statü müddəti” sistemi ləğv edilərək, sabit tətbiq olunacaq.

Yeni qaydalara görə, üçün viza müddəti 240 gün, Çin vətəndaşı olan media nümayəndələri üçün isə 90 gün müəyyən ediləcək. 240 günlük müddətin uzadılması mümkün olsa da, Çinli jurnalistlərə tətbiq edilən məhdudiyyət Honkonq və Makao nümayəndələrinə şamil olunmayacaq.

Qərarın ABŞ-nin rəsmi qəzetində dərc edildikdən 60 gün sonra qüvvəyə minəcəyi bildirilib.

Mətbuat azadlığı təşkilatları yeni qaydaları tənqid edib. “Sərhədsiz Reportyorlar” və Jurnalistləri Müdafiə Komitəsi bu addımın jurnalistlərin fəaliyyətini məhdudlaşdıra biləcəyini bildirib.

ABŞ rəsmiləri isə qərarı ölkədə fəaliyyət göstərən xarici jurnalistlərin sayının artması və nəzarət mexanizmlərinin gücləndirilməsi zərurəti ilə əsaslandırıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax