ABŞ İranın münaqişənin həlli ilə bağlı təqdim etdiyi 14 maddəlik planı tamamilə rədd edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Tehran Times” qəzeti məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp bu həftə İranın ABŞ tərəfindən hazırlanmış sülh müqaviləsinə verdiyi cavabı qəbul etmədiyini bəyan edib və Tehranın mövqeyini “tamamilə qəbuledilməz” adlandırıb.
İran tərəfi isə ABŞ liderinin reaksiyasına cavab olaraq, Trampın açıqlamasının danışıqlar heyəti üçün “heç bir əhəmiyyət daşımadığını” bildirib. Tehranın mövqeyinə görə, proses yalnız qarşılıqlı hörmət və bərabər şərtlər əsasında davam edə bilər.
Məlumata görə, tərəflər arasında gərgin ritorika fonunda diplomatik kanalların gələcəkdə necə davam edəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.