Operativ Məlumat Mərkəzi

ABŞ Yaxın Şərqdəki əsas hərbi bazalardan şəxsi heyəti çıxarmağa başlayıb

1 dəq
Paylaş:
ABŞ Yaxın Şərqdəki əsas hərbi bazalardan şəxsi heyəti çıxarmağa başlayıb
bu barədə “Reuters” agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.Mənbənin sözlərinə görə, qərar regionda gərginliyin artması fonunda “ehtiyat...

ABŞ Yaxın Şərq regionundakı əsas hərbi bazalardan şəxsi heyətin çıxarılmasına başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Reuters” agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, qərar regionda gərginliyin artması fonunda “ehtiyat tədbiri” kimi qəbul edilib.

Agentlik daha əvvəl diplomatlara istinadla xəbər vermişdi ki, ABŞ Yaxın Şərqdəki ən böyük Amerika hərbi bazası olan Qətərdəki Əl-Udeyd bazasında xidmət edən hərbçilərin bir hissəsinə təxliyə tövsiyə edib. Məlumata görə, hərbçilər yanvarın 15-i axşamadək bazanı qismən tərk edə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər