ABŞ Dövlət Departamenti İrana qarşı hərbi əməliyyatların başlamasından bəri Yaxın Şərqdə qalan amerikalıları təxliyə etmək üçün çarter reyslərinin başladığını elan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Dövlət Departamenti bildirib ki, artıq bir təyyarə Yaxın Şərqdən yola düşüb və amerikalıları geri gətirib, lakin hansı ölkədən yola düşdüyü açıqlanmayıb.
Bildirilib ki, tezliklə əlavə uçuşlar həyata keçiriləcək və Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı və İsraildəki ABŞ vətəndaşlarına əlaqə saxlamağa çağırış edilib.