ABŞ Dövlət Departamenti Donald Trampın prezidentliyinin təxminən bir ilində 8000 tələbə vizası da daxil olmaqla 100 000-dən çox vizanı ləğv edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Dövlət Departamenti 100.000-dən çox vizanı, o cümlədən ABŞ hüquq-mühafizə orqanlarının cinayətkar fəaliyyətinə görə hədəf aldığı şəxslər üçün 8000 tələbə vizası və 2500 ixtisaslaşmış vizanı ləğv edib.