Əsas məzmuna keç

“Sputnik Azərbaycan” işi üzrə saxlanılanlar haqda qərar verildi

“Sputnik Azərbaycan” işi üzrə saxlanılanlar haqda qərar verildi

Xətai Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 4 ay müddətinə həbs olunub. Onlar mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda gəlir...

“Sputnik ” İnformasiya Agentliyinin ofisində ötən gün polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousov barəsində qətimkan tədbiri seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 4 ay müddətinə həbs olunub.

Onlar mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və cinayət yolu ilə qazanılmış külli miqdarda leqallaşdırma cinayətlərində ittiham olunurlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…