Mozambik Assambleyasının sədri Margarida Talapa Azərbaycana işgüzar səfərə gəlib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sədr səfər çərçivəsində Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.