Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Xarici kəşfiyyat orqanlarının "Telegram"dakı yazışmalara çıxışı var

2 dəq
Paylaş:
Xarici kəşfiyyat orqanlarının "Telegram"dakı yazışmalara çıxışı var

Rusiyanın , rabitə və kütləvi kommunikasiyalar naziri Dövlət Dumasındakı çıxışı zamanı məşhur messencer "" ilə bağlı mühüm bəyanatlar səsləndirib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, nazir qeyd edib ki, tətbiq rəhbərliyi Rusiyanın 150 mindən çox məzmunun bloklanması tələbinə məhəl qoymayıb.

Şadayev bildirib ki, "Roskomnadzor" qanunvericiliyin pozulması səbəbindən "Telegram"ın işini yavaşlatmaq qərarına gəlib.

Onun sözlərinə görə, Rusiya qanunlarına əsasən, ölkə ərazisində fəaliyyət göstərən messencerlər səsli zənglərin qeydlərini və mesajların məzmununu ölkə daxilində saxlamağa borcludur.

Nazir həmçinin xüsusi bir təhlükəyə diqqət çəkib:

"Hazırda xarici xidmətlərinin "Telegram"dakı yazışmalara çıxışı olduğu barədə qurumlarımız tərəfindən təsdiqlənmiş çoxsaylı məlumatlar var".

Çıxışda vurğulanıb ki, xarici kəşfiyyat orqanları əldə etdikləri məlumatlardan Rusiya ordusuna qarşı hərbi fəaliyyətlərdə istifadə edirlər.

"Rus ordusunun Ukraynadakı əməliyyatlar zamanı bu platformadan istifadə etdiyi barədə məlumatlar mövcuddur. Platformanın ölkə daxilində tamamilə bloklanması ehtimalı Rusiya mətbuatında geniş müzakirə olunur".

Qeyd edək ki, son vaxtlar Rusiyada "Telegram"ın işində tez-tez fasilələr yaranır və bu, tətbiqin yaxın gələcəkdə tamamilə qadağan edilə biləcəyi barədə iddiaları gücləndirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax