ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov yaxın vaxtlarda Kiyevə səfər edəcəyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, Vitkov bu barədə Ukraynanın novosti.live nəşrinə verdiyi müsahibədə bildirib.
O, Ukrayna paytaxtına səfərinin vaxtı ilə bağlı suala qısa şəkildə “tezliklə” cavabını verib.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi planlaşdırılan səfərlə bağlı əlavə detalları açıqlamayıb.