Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlər aparılacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyaya tapşırıq verilib.
Komissiyaya sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını, Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin etmək tapşırılıb.