Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

1 dəq
Paylaş:
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin aprelin 22-də rəsmi qarşılanma mərasimi olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri dəstəsi düzülmüşdü.

İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verdi.

Latviya Respublikasının və Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax