Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Epşteynin ortağı Trampa sövdələşmə təklif etdi

2 dəq
Paylaş:
Epşteynin ortağı Trampa sövdələşmə təklif etdi

Məşhur maliyyəçi Ceffri Epşteynin cinayət ortağı kimi tanınan və insan alverinə görə məhkum edilmiş ABŞ Prezidenti Trampa maraqlı bir təklif irəli sürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" CNN telekanalına istinadən xəbər verir ki, vəkili Devid Oskar vasitəsilə Trampa təklif edib.

Vəkilin sözlərinə görə, Maksvell prezidentə aydın şəkildə çatdırıb ki, əgər o, əfv olunarsa, Epşteyn işi ilə bağlı Trampa qarşı irəli sürülən bütün ittihamları təkzib edəcək və onun adını tamamilə təmizə çıxaracaq.

"Xanım Maksvell, Tramp onu əfv edəcəyi təqdirdə, hər şeyi açıq və dürüst şəkildə danışmağa hazırdır", - deyə hüquqşünas məhkəmə prosesi zamanı bildirib.

Bundan əlavə, Maksvell məhkəməyə Epşteynin dostları və əlaqələri barədə yeni vəsatət təqdim edib.

O iddia edir ki, aralarında dörd cinayət ortağının da olduğu 29 nəfər bu qalmaqallı işlə bağlı hakimiyyət orqanları ilə "gizli razılaşmalar" əldə edib.

Qeyd edək ki, Maksvell hazırda Epşteynin cinayət şəbəkəsindəki fəaliyyətinə görə uzunmüddətli həbs cəzası çəkir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax