Çiçəklənən Ermənistan Partiyasının namizədi Martun Qriqoryanın böyük oğlu Kamo Qriqoryan həbs edilib. Buna səbəb, onun barəsində açılmış xuliqanlıq cinayət işi və barəsində elan olunmuş rəsmi axtarış olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat "Armlur" nəşrinin yaydığı hesabatda yer alıb.
Məlumata görə, Kamo Qriqoryan iyunun 19-da vəkili ilə birlikdə istintaq orqanına könüllü olaraq gəldikdən sonra saxlanılıb. Bildirilib ki, Qriqoryan 2025-ci ilin iyun ayında açılmış cinayət işi üzrə təqsirləndirilən şəxsdir və o, təxminən bir ildir ki, hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi.
Məsələ ilə bağlı açıqlama verən vəkil Arsen Babayan bildirib ki, müvəkkili əvvəllər iki ay müddətinə həbsdə saxlanılıb. Qriqoryanın könüllü gəlişindən sonra məhkəmə onun iştirakı ilə həbs məsələsinə yenidən baxıb və məhkəməyəqədərki həbs qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edib.
Vəkilin sözlərinə görə, K. Qriqoryan ona qarşı irəli sürülən ittihamlar üzrə günahını etiraf etmir və hüquqi müstəvidə öz günahsızlığını sübut etmək niyyətindədir.