Əsas məzmuna keç

Somali quldurları Qırmızı dəniz və Hörmüzdəki gərginlikdən istifadə edir

Somali quldurları Qırmızı dəniz və Hörmüzdəki gərginlikdən istifadə edir

ABŞ və İsrailin İranla qarşıdurması fonunda Starlink-dən yararlanan dəniz quldurları Ümid burnu marşrutunda təhlükə yaradır. Somali sahillərində vəziyyət kritikdir.

ru en

dəniz və Hörmüz boğazındakı gərginlik Somali quldurlarının fəaliyyətini artırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, qarşıdurmalar səbəbindən gəmiçilik marşrutlarının Afrika Buynuzuna yönəlməsi Somali quldurlarının fəaliyyətini son 10 ilin ən yüksək səviyyəsinə çatdırıb.

ekspertləri bildirirlər ki, ABŞ və İsrailin İranla qarşıdurması fonunda hərbi-dəniz qüvvələrinin Hörmüz boğazı və Qırmızı dənizə yönəlməsi Somali sahillərində təhlükəsizlik boşluğu yaradıb.

Qırmızı dənizdəki ticarət gəmilərinin təxminən 70 faizinin Afrikanın cənubundakı Ümid burnundan keçən marşruta yönləndirilməsi gəmiləri Somali sahillərinə daha yaxın yolla hərəkət etməyə məcbur edir. Bu isə quldurlar üçün yeni imkanlar yaradır.

Məlumata görə, quldur qrupları hədəfləri müəyyənləşdirmək və əlaqə saxlamaq üçün "SpaceX" şirkətinin peyk internetindən istifadə etməyə başlayıb.

Bundan əlavə, edilən pulların yenidən bölgə iqtisadiyyatında dövr etməsi quldurluğa marağı artırır və daha çox insanın bu fəaliyyətə qoşulması riskini yüksəldir.

Ekspertlər hesab edirlər ki, 2011-2012-ci illərdə həyata keçirilən genişmiqyaslı beynəlxalq dəniz əməliyyatlarının hazırkı şəraitdə yenidən keçirilməsi çətindir. Onların fikrincə, problemin uzunmüddətli həlli üçün ilk növbədə Somalidə siyasi sabitlik təmin edilməlidir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…