SOCAR prezidenti Özbəkistana səfər edəcək

SOCAR prezidenti Özbəkistana səfər edəcək
06.05.2024 13:06
Aa
dəq

Bu il mayın 14-16-sı tarixlərində Daşkənddə illik 26-cı beynəlxalq neft və qaz sərgisi (OGU-2024) və Özbəkistanın Enerji Həftəsi keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə bu tədbirləri "Iteca Exhibition" beynəlxalq şirkəti ilə birgə təşkil edən "Özbəkneftqaz" şirkətindən bildirilib.

Sərgidə Azərbaycan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa da daxil olmaqla 29 ölkədən 400-dən çox şirkət və brendin nümayəndələri iştirak edəcək. Eyni zamanda, Azərbaycan sərgidə Dövlət Neft Şirkəti (SOCAR) və “ENERJİ N” MMC-nin stendləri ilə təmsil olunacaq.

Özbəkistan Enerji Həftəsi qlobal enerji ictimaiyyətinə Özbəkistan və Mərkəzi Asiya regionunda enerji sənayesinin inkişafı üzrə cari planları müzakirə etmək imkanı verən ənənəvi və bərpa olunan enerji mənbələri sahəsində əsas oyunçuları bir araya gətirəcək.

Bu forumun plenar iclasında SOCAR-ın prezidenti Rövşən Nəcəf iştirak edəcək.

2023-cü ildə sərgidə 18 ölkədən 171 şirkət iştirak edib.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu